• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“İçim qaynayır, Kiyevin mərkəzini vura bilərik” – Putin

DÜNYA

02 Yanvar 2024 | 18:41 | Müəllif: Subhan Mahmudov

“İçim qaynayır, Kiyevin mərkəzini vura bilərik” – Putin

"Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir".

Bakıvaxtı.az bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: "Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."

Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməy"ə başlayıb.

Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb: "Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim içim də qaynayır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik", -deyə Rusiya Prezidenti vurğulayıb./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026