• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"İcra başçılarını "qara maskalı"lar qorxudur" - Deputat

SİYASƏT

26 Oktyabr 2022 | 13:11 | Müəllif: Qalib İbrahimoğlu

"İcra başçılarını "qara maskalı"lar qorxudur" - Deputat

“Tərif yarışına girmək, həqiqətləri gizlətmək bizi uçurma aparacaq. Tənqidərdən qorxmalı deyilik. Qarabağ müharibəsində qalib gəlmişik, onlara cavab verəcək openentlər var”.

Bakıvaxtı.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, hələ arzuladığımız güclü dövlətimiz və millətimiz yoxdur: “Azərbaycan şanslıdır ki, onun viziyonu olan dövlət başçısı var. Öz ölkəsində yaşamasından razı olanların sayını artırmaq lazımdır ki, dövlətimiz güclənsin”.

Deputat bildirib ki, Azərbaycanın bir hissəsi Avropaya, bir hissəsi İrana tərəf getmək istəyir: “Bu, bizim üçün fəlakətdir. Güclü dövlətin əsas qayəsi mərkəzi icra hakimiyyəti ilə yanaşı yerli icra hakimiyyətlərinin, bələdiyyələrin güclü olması ilə bağlıdır. Amma bizdə icra başçılarını qara maskalılar qorxudurlar. İcra başçısı polisə, prokurora söz deyə bilmir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026