Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalan leytenant, Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.
Bu münasibətlə avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin adına parkın və inşa edilmiş bulağın açılış mərasimi baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, rayon icra başçısı Əziz Əzizovun da qatıldığı tədbirə şəhidin şəklinin olduğu tort gətirilib.
Şəkildən göründüyü kimi şəhid anasının qarşısına oğlunun ad günü tortu qoyulub və onun əlinə bıçaq verərək tortu kəsməyini istəyiblər. Həmin anlar şəhidin anasının göz yaşları ilə müşahidə olunub.
Mərasimdə müxtəlif pozalarda şəkillər çəkdirən icra başçısının şəhid anasının duyğularını heçə sayması sosial şəbəkələrdə tənqidə səbəb olub.
Ramid İbrahimov






jpg-1628513912.jpg)













