Ağdam Rayon İcra Hakimiyyəti bu rayonun İmamqulubəyli kəndi ərazisində Şəhidlər abidəsinin qurulması işləri ilə bağlı tenderin nəticə bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Ayhan A.Q.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 236 min 493 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Ayhan A.Q.” şirkəti Ağdam Rayon İcra Hakimiyyətinin bundan öncə də keçirdiyi tenderdə qalib elan edilib.
Belə ki, 25.05.2023-cü il tarixində “Ağdam rayonu ərazisində yolların qum-çınqıl qarışığı ilə düzəldilməsi işləri” ilə bağlı tenderə görə, icra hakimiyyəti şirkətə 26 min 809 manat ödəniş edib.
Ramid İbrahimov










jpg-1688553414.webp)





