• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İdmançılarımız Dünya Kubokunda bürünc medal qazandı

İDMAN

28 Mart 2021 | 20:49

İdmançılarımız Dünya Kubokunda bürünc medal qazandı

Qrup hərəkətlərində Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bürünc medalını qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın yer aldığı komanda üç halqa və iki dəst gürzlə hərəkətlərdə 33.450 xal toplayıblar.

Birinci yeri Bolqarıstan komandası (39.750 xal), ikinci yeri Yaponiya komandası (35.800 xal) tutub.

Xatırladaq ki, dünən 70.950 bal toplayan Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yerə yüksələ bilib.

Bədii Gimnastika üzrə Dünya Kuboku 26-28 mart tarixlərində Sofiyada keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026