"İmsakda qidalanmaq mütləqdir. Bəziləri yanlış düşünərək bu periodu ötürürlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda sağlam qidalanma haqqında danışarkən deyib.
Onun sözlərinə görə, iftarı açarkən mütləq şəkərdən uzaq qidalardan istifadə etmək lazımdır:
"Bu, bizi daha da doyuzduracaq. Su və xurmadan sonra fasilə verməl lazımdır. Bir-birinə uyğun qidaların istifadəsi lazımdır. Əvvəlcə zülala, sonra yağ, ən sonda şəkər qəbul etmək lazımdır".
Günəş Mərd
















