• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

III Çarlz Bukinqem sarayına nə vaxt köçür?
 

DÜNYA

17 Oktyabr 2022 | 17:40

III Çarlz Bukinqem sarayına nə vaxt köçür?

Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamilla Bukinqem sarayına köçmək istəmirlər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Daily Mail” yayıb.

Mənbənin sözlərinə görə, Kral hesab edir ki, Bukinqem sarayı müasir dünyada yaşayış üçün uyğun gəlmir və saray xərcləri rasional deyil.

Bildirilir ki, Britaniya Kralı 2003-cü ildən etibarən həyat yoldaşı ilə Vestminsterdə Klarens-haus iqamətgahında yaşayır.

Qeyd edək ki, Britaniya mediasının daha əvvəl yazdığı məlumata görə, Kral Çarlz növbəti 5 il ərzində təmir işləri səbəbindən Bukinqem sarayına köçə bilməyəcək. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026