• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

İki azyaşlı qidadan zəhərləndi - Biri öldü

HADİSƏ

06 Aprel 2022 | 14:53

İki azyaşlı qidadan zəhərləndi - Biri öldü

Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə saat 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri - 2019-cu il təvəllüdlü X.F saat 13:08-də vəfat edib: "Digəri - 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR