• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki gündə 3 koronavirus xəstəsinə cinayət işi açıldı

HADİSƏ

06 Dekabr 2021 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

İki gündə 3 koronavirus xəstəsinə cinayət işi açıldı

Dekabrın 4-də və 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 20 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026