• Bakı 17° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İkinci əl maşınlar BAHALAŞACAQ

CƏMİYYƏT

30 Mart 2023 | 15:52

İkinci əl maşınlar BAHALAŞACAQ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

İqtisadçı ekspert Rəşad Həsənovun Bakıvaxtı.az-a dediyinə görə, aydın məsələdir ki, Azərbaycanda avtoparkın mövcud strukturuna baxanda da, dəqiq görmək olar ki, ilindən asılı olaraq hansı növ avtomobillərə ehtiyac daha yüksəkdir:

“Avtoparkda minik avtomobillərinin 80%-i istehsal tarixi on ili keçənlərdir. Bu, əhalinin alıcılıq gücündən qaynaqlanan məsələdir. Ona görə də ikinci əl avtomobil bazarına daha çox tələbat var. Yəni belə qənaətə gəlmək olar ki, imzalanan qərar ən çox həmin 80% avtomobil idarə edənlərə təsir göstərəcək”.

Onun dediyinə görə, daha aşağı qiymətli avtomobillərə olan tələb idxaldan daxili bazara yönələcək. Bu da öz-özlüyündə qiymətlərin artımını şərtləndirəcək.

R.Həsənov bildirib ki, yəni ikinci əl bazarında qiymətlər artacaq:

“Qiymətlərin nə qədər artacağını proqnozlaşdırmaq olmur. Qiymət kifayət qədər müxtəlif faktorlar əsasında formalaşır. Lakin onu deyə bilərik ki, ikinci əl bazarındakı maşınlar birmənalı şəkildə bahalaşacaq. Bunun nəticəsində, alıcılıq gücü zəif olan insanlar, daha aşağı keyfiyyətli maşınları istehlak etmək məcburiyyətində qalacaq”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR