“Omikron” ştamının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib.
Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir. M.Abdullayeva bildirib ki, peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur.
"Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”, - deyə həkim vurğulayıb.
















