• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İl yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı azadlığa çıxdı

DÜNYA

11 Avqust 2023 | 20:59

İl yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı azadlığa çıxdı

2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.

“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR