• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev Anna Byerdeni qəbul etdi

CƏMİYYƏT

14 Sentyabr 2022 | 14:38

İlham Əliyev Anna Byerdeni qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub, strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026