• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

İLK: İnsanlara süni qan hüceyrələri köçürüldü

CƏMİYYƏT

10 Noyabr 2022 | 05:29 | Müəllif: Qalib İbrahimoğlu

İLK: İnsanlara süni qan hüceyrələri köçürüldü

İngiltərədə elm adamları laboratoriyada yetişdirilən qırmızı qan hüceyrələrini ilk dəfə insanlara köçürüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Kembric Universitetindən bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyada könüllülər üzərində keçirilən təcrübəni hazırda Kembric və Bristol universitetlərinin alimləri izləməyə davam edir.

Məlumata görə, dünyada ilk dəfə olaraq insanlara başqalarının kök hüceyrələrindən alınan süni qanın köçürülməsi reallaşıb. 

Əvvəl iki könüllü təxminən 5-10 ml eksperimental qan alıblar. Daha səkkiz könüllünün də eksperimentə qoşulacağı deyilir. Alimlər onlara dörd aylıq fasilələrlə dozalar veriləcəyini bildiriblər.

"Təcrübə uğurlu olarsa, həkimlər nadir qan qrupu olan və ya müəyyən irsi xəstəliyi olan xəstələri müalicə edə biləcəklər", - deyə məlumatda vurğulanır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026