“Virus hər zaman mutasiyaya uğrayır. Yeni ştam əvvəlkindən yoluxuculuq qabiliyyətinin sürətinə görə fərqlənir”.
Bakıvaxtı.az xəbər verir kii. bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, digər ölkələrdə “Omikron” ştamına yoluxma halları var və sürətlə yayılır: "Təbii ki, bu ştam Azərbaycana da gələcək. Ona görə də əlavə qoruyucu üsul icad olunmayıb".
Əhalini məsuliyyətli olmağa çağıran infeksionistin sözlərinə görə, qaydalara ciddi əməl olunması, qapalı mühitlərdə mümkün qədər az toplaşması, maska istifadəsi, otaqlarda havaların tez-tez dəyişməsi mütləqdir.
"Vaksinasiya nəticəsində formalaşan süni immunitetin artması ölüm və yoluxma sayının azalmasına şərait yaratmış olar" deyən Təyyar Eyvazov vaksinasiya prosesində iştirakı və buster dozanın vurulmasını tövsiyə edib.
Aytac Aslan
















