• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“İnterpol”un axtardığı narkokartel başçısı saxlanıldı

DÜNYA

18 Noyabr 2023 | 18:00

“İnterpol”un axtardığı narkokartel başçısı saxlanıldı

“İnterpol” tərəfindən axtarışda olan beynəlxalq narkokartel başçısı İstanbulda polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Beynəlxalq narkotik dəstəsinin rəhbəri, “İnterpol” tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Nenad Petrak İstanbulda “Kartel-2” əməliyyatı zamanı İstanbulun Üsküdar rayonunda saxlanılıb”, - deyə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Petrakın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup doqquz ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur. O, vətənində narkotik qaçaqmalçılığı ilə yanaşı qətldə də ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026