• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qvineyada partlayış: ölən və yaralananlar var
 

DÜNYA

18 Dekabr 2023 | 15:12

Qvineyada partlayış: ölən və yaralananlar var

Qvineyanın paytaxtı Konakridə neft terminalında baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 84 nəfər yaralanıb.

Bakıvaxtı.az bu barədə “İnterfaks”a istinadən xəbər verir.

Qeyd edilib ki, partlayış Qvineyanın Kalum kommunasında yerləşən əsas neft terminalında baş verib. Məlumata görə, yanğının qarşısı alınıb.

Bildirilib ki, hadisənin səbəbini müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək üçün araşdırma aparılacaq. Terminala dəymiş ziyanın həcmi hələlik bəlli deyil.

Ölkə rəhbərliyi sakinləri evlərini tərk etməməyə və məktəbləri müvəqqəti bağlamağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR