• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İntihara cəhd edən jurnalistldən YENİ XƏBƏR

CƏMİYYƏT

04 Iyul 2023 | 14:03

İntihara cəhd edən jurnalistldən YENİ XƏBƏR

“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A.Əliyevanın həyat yoldaşı, jurnalist Teymur Əliyev məlumat verib. O bildirib ki, A.Əliyevanın işdən çıxarılması zamanı əsas göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aradan qaldırılıb: “Ölkəmizdə bu cür haqsızlıqla üzləşənlər adətən mübarizə aparmırlar. O isə apardı. 3 il davam edən ağır məhkəmə prosesində bütün instansiyalardan 2-3 dövrə keçdik. Nəhayət ki, dostlarımızın, bizi tanımayan adi vətəndaşların, KİV-in əvəssiz dəstəyi, məhkəmə sistemindəki savadlı və ağıllı şəxslərin, dövlətin icra və qanunverici orqanlarındakı laqeyd olmayan insanların, iş yerinin yeni rəhbərliyinin müdrik davranışı nəticəsində bu proses bizi qane edəcək formada yekunlaşdı. Həyat yoldaşımın artıq yalançı 70ç bəndi yoxdur, ləğv edildi. Onu artıq kimsə "peşəkarsız, amma bu maddə ilə götürə bilmərik" cavabı ilə məyus edə bilməyəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026