• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"iPhone"ların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

HADİSƏ

26 Oktyabr 2022 | 15:39

"iPhone"ların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a komitədən məlumat verilib.

Bildirilib ki, Komitənin Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb və onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib.

Yoxlama zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 pro max” 256 gb, 3 ədəd “iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd “iPhone 14 pro” 256 gb) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


"iPhone"ların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı"iPhone"ların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026