"İran qədər İslam adına xələl gətirən ikinci bir müsəlman dövləti olmayıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Nizami Cəfərov Milli Məclisin bugünkü plenar iclasında deyib.
Deputat qeyd edib ki, İran bu gün İslam dövlətinə iddia edir:
"Qeyd edim ki, İran daim atəşpərəstlik dininə sitayiş edib. İran bir millətin yaşamaq hüququnu alan dövlətdir. İranda azərbaycanlıların qurduğu dövlətin sayı-hesabı yoxdur. Bu qədər zəngin tarixi siyasəti olan millətin həqiqətlərini əlindən alır. Ona görə də İran Azərbaycanın israillə diplomatik işlərinə qarışmasın. Çünki bu, Azərbaycanın daxili işidir. Biz İsraildən dostluq görmüşük. İrandan nə görmüşük? Ancaq xəyanət. Ona görə də İran parlamenti öz keyfiyyətini artırmaqla məşğul olsun”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı
















