• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İran və Rusiya prezidentləri "3+3" platformasını müzakirə ediblər

DÜNYA

16 Noyabr 2021 | 15:09

İran və Rusiya prezidentləri "3+3" platformasını müzakirə ediblər

İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, telefon danışığında İranın nüvə proqramı, regionda baş verən proseslər haqqında müzakirə aparılıb.

İ.Rəisi İranın nüvə danışıqlarında tam ciddi olduğunu deyib: “Müzakirələrdə və sanksiyaların ləğvi ilə bağlı xalqımızın hüquqlarını təmin etməkdə ciddiyik".

V.Putin də öz növbəsində nüvə məsələsində İran xalqının hüquqlarını dəstəklədiyini bildirib.

İran və Rusiya prezidentləri regionda əməkdaşlığı artırmağın zəruriliyini vurğulayıb, altılıq platforması təşəbbüsünü də müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026