• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

İranda ərzaq BAHALAŞDI

DÜNYA

30 Yanvar 2025 | 10:22

İranda ərzaq BAHALAŞDI

İranda gündəlik tələbat malları və tərəvəzin qiyməti artıb.

Bakıvaxtı.az “fararu”ya istinadən xəbər verir ki, bu barədə İran Statistika Mərkəzinin açıqlamasında bildirilib.

Məlumata əsasən, süd məhsulları, düyü, yağ, kartof və başqa ərzaq məhsullarının qiymət artımında domino effekti müşahidə olunur.

Bildirilib ki, süd və süd məhsullarının qiyməti ötən ilin payızından sonra 20 faizdən 30 faizədək qalxıb. Tərəvəzin qiyməti 15-20 faiz, paxlalıların qiymətində isə son iki ayda 12,5 faiz artım müşahidə olunub.

Yerli mütəxəssislərin sözlərinə görə, qiyməti artan ərzaq malları və tərəvəzlər ölkədə istehsal olunur.


SON XƏBƏRLƏR