İranda ötən sutka ərzində 6 234 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla ölkədə virusa yoluxanların sayı 7 066 975 nəfərə çatıb.
Sion 24 saatda 203 nəfər isə koronavirusun qurbanı olub. Ümumilikdə, İranda bu virusdan ölənlərin sayı 137 267-dir.
Virus daşıyıcılarından 4 066 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
















