• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda son 10 ayda edamların sayı 600-ü keçib - FOTO

DÜNYA

05 Noyabr 2023 | 09:53 | Müəllif: Subhan Mahmudov

İranda son 10 ayda edamların sayı 600-ü keçib - FOTO

Bu ilin ilk 10 ayında İranda edamların sayı 600-ü keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, bu il icra olunan son ölüm hökmləri arasında əsasən qəsdən adamöldürmədə ittiham edilən yeddi məhbus Kərəcin Qızılhisar həbsxanasında dar ağacından asılıb.

“İnsan Hüquqları Şurasının Sosial Assambleyasına da sədrlik edən, BMT-yə üzv olan İran hökumətinin 10 ay ərzində 600-dən çox edam icra etməsinə, yəni gündə iki dövlət qətlinə beynəlxalq ictimaiyyət reaksiya verməlidir. Susmaq bu cinayətlərin üstüörtülü şəkildə təsdiqlənməsi deməkdir”, - deyə edam statistikası ilə bağlı İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Muqəddəm bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026