• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

İrəvan anklavları Bakıya qaytarmağa hazır olduğunu AÇIQLADI

CƏMİYYƏT

28 Noyabr 2023 | 16:31

İrəvan anklavları Bakıya qaytarmağa hazır olduğunu AÇIQLADI

İrəvan sovet dövründə mövcud olan anklavları (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi - red.) Bakıya qaytarmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan qeyd edib ki, Ermənistan bunun müqabilində anklav formasiyasının tərkibində yerləşən Artsvaşen kəndini (Başkənd) də alır. 

O, Ermənistan və Azərbaycan tərəflərinin bu məsələnin həllini tapacağına əminliyini ifadə edib: "Mən indi konkret heç nə deyə bilmərəm, lakin hüquqi əsaslar varsa, biz anklavları onlara qaytarmağa hazırıq və onlar bizim Artsvaşenimizi qaytaracaqlar".


SON XƏBƏRLƏR