• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirildi - FOTOLAR

CƏMİYYƏT

07 Oktyabr 2025 | 17:44

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirildi - FOTOLAR

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən bildirilib.

İşçi qrup, Azərbaycan Respublikası Prezidentinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə nazirinin müvafiq Əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə olunub.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstəriləcək əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşib və müvafiq tapşırıqlar verilib.

 


SON XƏBƏRLƏR