• Bakı 10° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

İşləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur - Deputat

CƏMİYYƏT

26 Noyabr 2024 | 14:11

İşləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur - Deputat

"Ölkədə əmək qabiliyyətli insanların sayı təqribən 5 milyon nəfər olmasına baxmayaraq əmək müqaaviləsi olanların sayı cəmi 1 milyon 749 mindir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur.

"Azərbaycanda pensiya kapitalının vərəsəlik hüququnun olmaması, eyni zamanda kapitalın müəyyən hissəsini bir dəfəyə almaq hüququnun olmaması əmək pensiyası sistemi üçün stimulları zəiflədir, əməyin aktivliyini azaldır".

Mina Mikayılova


SON XƏBƏRLƏR