İsmayıllıda yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















