Sosial şəbəkələrdə İsrailin siyasi məzmunlu mahnı ilə “Eurovision” mahnı müsabiqəsində iştirakı müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, yayılan məlumatlara görə, ölkə 7-11 may tarixləri arasında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə israilli müğənni Eden Qolanın ifa etdiyi "Oktyabr yağışı" mahnısı ilə iştirak etmək istəyir.
Sözügedən mahnının oktyabrın 7-də HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının hücumunda həlak olan İsrail əsgərlərinə aid olduğu bildirilir.
Avropa Yayım Birliyi (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağını və qərar verəcəyini qeyd edib.
EBU mahnını qəbul etməzsə, İsrailin yeni mahnı ilə iştirak etmək hüququ var.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsində siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək qadağandır.
Günəş Mərd
















