• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İsrail generalı açıqladı: Sürprizlər olacaq!

DÜNYA

25 Iyul 2024 | 19:02 | Müəllif: Subhan Mahmudov

İsrail generalı açıqladı: Sürprizlər olacaq!

İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub:

“Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür. Bizə tanış olan düşmənə sarsıdıcı və maksimum ölümcül zərbə vurulacaq. Sürprizlər olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR