• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

İsrail Livana hücum edib - 8 nəfər ölüb

DÜNYA

09 Iyun 2026 | 19:30

İsrail Livana hücum edib - 8 nəfər ölüb

İsrail ordusu Livanın Tir şəhərinə genişmiqyaslı hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hava zərbələri nəticəsində 8 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

Hücumdan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Tir şəhərinin sakinlərini təxliyə olunmağa çağırıb.

Ən güclü zərbə Tir şəhərinin şərq kənarına endirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu, martın 2-də döyüşlərin kəskinləşməsindən sonra şəhərə qarşı həyata keçirilən ən ölümcül hücumlardan biridir. (APA)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR