• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İstanbulda Ukrayna ilə görüşə hazırıq” - Lavrov

DÜNYA

08 Iyun 2022 | 13:34

“İstanbulda Ukrayna ilə görüşə hazırıq” - Lavrov

Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu birgə mətbuat konfransı keçiriblər.

Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, diplomatlar qeyd ediblər ki, təkbətək danışıqlarda Ukraynadakı son vəziyyət və regional məsələlər müzakirə edilib.

Rusiyanın XİN başçısı Sergey Lavrov Türkiyənin Ukrayna taxılının ixracı ilə bağlı problemin aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib. 

S.Lavrov bəyan edib ki, Rusiya BMT-nin vasitəçiliyi ilə İstanbulda Ukrayna tərəfi ilə görüşə hazırdır, lakin bu görüş daha çox simvolik xarakter daşıyacaq.

“Vladimir Putin və Volodimir Zelenski arasında görüşün baş tutması üçün ilk növbədə danışıqlar prosesinin bərpası lazımdır”, - deyə rusiyalı diplomat vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026