• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lavrov G20 konfransını vaxtından əvvəl tərk edir

DÜNYA

08 Iyul 2022 | 12:29

Lavrov G20 konfransını vaxtından əvvəl tərk edir

Rusiyanın XİN rəhbəri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin Bali adasında keçirilən konfransını vaxtından əvvəl tərk edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “dpa” agentliyinə müsahibəsində Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

“Lavrov hələ ikitərəfli danışıqlar aparır, sonra o media qarşısında çıxış edəcək və gedəcək”, - deyə Zaxarova qeyd edib. 

Bu isə o deməkdir ki, Lavrov rəsmi naharda və günün ikinci yarısında nəzərdə tutulan iclaslarda iştirak etməyəcək. 

Xatırladaq ki, konfransın əvvəlində ənənəvi birgə foto çəkilməyib. Buna səbəb isə G20 nazirlərinin Sergey Lavrovla birgə foto çəkdirmək istəməməsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR