• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK

GÜNDƏM

12 Avqust 2024 | 15:51

İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.

Sessiya avqust ayının 12-dən başlayacaq. İclasların gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri əlavə edilib.

Əldə etdiyimiz məlumata görə, Ali Məclis Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyevin yerinə yeni üzv seçiləcək. Qeyd edək ki, o, bir müddət əvvəl tutduğu vəzifədən istefa verib. Məlumata görə, Əjdər Əliyev Ali Məclisə seçkilərdə iştirak etmək və deputat seçilmək niyyətindədir. 

Naxçıvan Mərkəzi Seçki Komissiyasına yeni üzv seçildikdən sonra qurumun sədri də müyyənləşəcək.


İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026