“Turizmlə bağlı 100 sənədi qəbul etsək də, iş adamlarına şərait yaratmasaq mənasızdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, istirahət anlayışının yeyib-içməkdə olmadığını bildirib: "İstirahəti yeyib-içməklə ölçmək olmaz. Bəzən olur, tanışlar deyir ki, istirahətdə idik, rayonda dörd adama bir qoyun yedik. İstirahət yemək-içməkdə yox, gəzməkdə, görməkdə də olmalıdır. Axı, hər kəsin restoranda yemək yeməyə imkanı yoxdur. İstirahət mədəni olmalıdır. Turistləri gəzməyə, görməyə həvəsləndirməliyik".
R.Nurullayev rayonlarda piknik yerlərinin təşkil olunmasını təklif edib: "Şəhərin hər rayonunda piknik yerləri tikilməlidir ki, isti yay aylarında insanlar faydalansın. Bu da olar kasıbların bağ evi".
Nuranə Daxilqızı
















