• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveç hava hücumlarından müdafiə sistemləri alacaq

DÜNYA

25 Noyabr 2025 | 20:04 | Müəllif: Subhan Mahmudov

İsveç hava hücumlarından müdafiə sistemləri alacaq

İsveç Hərbi Müdafiə Nazirliyi 366 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Pol Yonsen mətbuat konfransında bildirib.

“Bu gün sizə bildirə bilərik ki, hava hücumundan müdafiə qüvvələrinin modernləşdirilməsi işində növbəti addımı atırıq... Söhbət 3,5 milyard İsveç kronu (təxminən 366 milyon dollar-red.) həcmində investisiyadan gedir”, – müdafiə nazirliyinin rəhbəri qeyd edib.

Yonsen əlavə edib ki, modernləşdirmə çərçivəsində İsveç Silahlı Qüvvələri “Iris-T” zenit-raket komplekslərini, 16 buraxılış qurğusunu və səkkiz radiolokasiya sistemini satın alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026