• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsveçrə Əsədin əmisinə qarşı cinayət işini dayandıracaq

DÜNYA

16 Dekabr 2024 | 09:15

İsveçrə Əsədin əmisinə qarşı cinayət işini dayandıracaq

İsveçrə Cinayət Məhkəməsi (TPF) noyabrın 29-da Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi, 87 yaşlı Rifat Əsədə qarşı məhkəmə prosesinin dayandırılacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Matin Dimanche” nəşri məlumat verib.

Məhkəmə noyabrın sonunda tərəfləri məlumatlandırıb ki, Rıfat Əsəd səyahətə və məhkəmədə iştirak etməyə mane olan xəstəliklərdən əziyyət çəkir.

Nəşr iddia edib ki, məhkəmə həmçinin şikayətlərin verilməsi üçün son tarix də qoyub. Rifat hazırda Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Livandadır.

İsveçrə prokurorları 2024-cü ilin martında Rifatın işini 1982-ci ildə Suriyanın Həma şəhərində törətdiyi hərbi, eləcə də insanlığa qarşı cinayətlər ittihamı ilə İsveçrə Cinayət Məhkəməsinə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026