• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

İtaliyada 8 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi

DÜNYA

21 Iyun 2026 | 12:52

İtaliyada 8 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi

Afrikadan gələn isti hava kütləsinin təsiri ilə İtaliyada həddindən artıq temperatur artımı müşahidə olunur. Proqnozlara əsasən, sabah ölkənin 8 şəhərində ən yüksək risk səviyyəsi olan “qırmızı” xəbərdarlıq qüvvədə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi Bolonya, Boltsano, Breşya, Florensiya, Milan, Peruca, Rieti və Turin şəhərlərində istilərin təhlükəli həddə çatacağını açıqlayıb.

Paytaxt Roma üçün isə ikinci ən yüksək risk səviyyəsi sayılan “narıncı” xəbərdarlıq elan edilib.

Nazirlik əhaliyə günün ən isti saatlarında - 11:00-dan 18:00-dək açıq havada qalmaqdan çəkinməyi, bol su içməyi və günəşdən qorunma tədbirlərinə əməl etməyi tövsiyə edib.

Xüsusilə Milan şəhərində turistlərin günəşdən qorunmaq üçün çətir və portativ ventilyatorlardan istifadə etdiyi, həmçinin fəvvarələrin ətrafında sərinləməyə çalışdığı müşahidə olunub.

Meteoroloqlar isti dalğasının həftə sonuna qədər davam edəcəyini bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026