• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"İzabel" Ukraynaya 200 ton silah gətirdi

DÜNYA

29 Aprel 2022 | 12:13 | Müəllif: Subhan Mahmudov

"İzabel" Ukraynaya 200 ton silah gətirdi

İspaniyanın "İzabel" hərbi gəmisi Polşanın Qdinya limanına gəlib, Ukrayna Silahlı Qüvvələrinə 200 tona yaxın hərbi yardım çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın "Wiadomosci" nəşri 3-cü gəmi flotiliyasının mətbuat katibi Boleslav Romanovskiyə istinadən yazıb.

Silahlardan əlavə, tədarükə 30 yük maşını və 10 yüngül yolsuzluq avtomobili daxildir. Jurnalistlər bunu İspaniyadan Ukrayna Silahlı Qüvvələri üçün ən böyük hərbi texnikanın çatdırılması adlandırıblar.(milli.az)

İspaniya Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynaya hərbi ləvazimatlar göndərməkdə əvvəlcə çəkinirdi. Nəşr qeyd edib ki, martın əvvəlində bunlar dərmanlar, qumbaraatanlar, pulemyotlar və döyüş sursatları olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026