• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Jozep Borrel: “Rusiya ordusu döyüşə bilmir"

DÜNYA

12 Mart 2022 | 10:18 | Müəllif: Subhan Mahmudov

Jozep Borrel: “Rusiya ordusu döyüşə bilmir"

Rusiya Ukraynada hədəfi ayırd etmədən atəş açır və prezident Vladimir Putini buna görə Haaqa məhkəməsi gözləyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə Ali komissarı Jozep Borrel Fransanın TF1 telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Mariupol şəhərinin günlərdir bombardman edilməsi hərbi cinayətdir.

"Və söhbət orada təkcə uşaq xəstəxanasının bombalanmasından getmir. Rusiya ordusu şəhərləri tutmaq iqtidarında deyil, Ukraynanın müqaviməti çox güclüdür, ona görə də Rusiya ordusu Suriya və Çeçenistanda etdiyini edir-bombalayır. Rusiya ordusu artilleriya ordusudur. Ona görə də o bombalayır, hədəfləri ayrıd etmədən bombalayır, gah xəstəxananı, gah yaşayış evlərini vurur", - Borrel bildirib.

Rusiya prezidentinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması imkanları haqda suala cavab olaraq Avropa diplomatiyasının rəhbəri deyib: "Belə imkan var. Və üstəlik biz görürük ki, bunun üçün çoxlu səbəblər də var".(virtualaz.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026