• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı - VİDEO

CƏMİYYƏT

20 Oktyabr 2023 | 15:17

“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı - VİDEO

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026