• Bakı 25° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Kallas Rusiyanın Kiyevə hücumlarını pislədi

DÜNYA

28 Avqust 2025 | 11:39

Kallas Rusiyanın Kiyevə hücumlarını pislədi

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumlarını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Beynəlxalq ictimaiyyət sülhə gedən yol axtarışındaykən, Rusiya raket atmaqla cavab verir. Kiyevə gecə endirilən zərbə eskalasiya və sülh səylərinə istehzalı yanaşmanın xeyrinə şüurlu seçimi nümayiş etdirir. Rusiya qətllərə son qoymalı və danışıqlara başlamalıdır", - o yazıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin gecə ərzində Kiyevə kütləvi hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.


SON XƏBƏRLƏR

27 Avqust 2025