• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

DÜNYA

05 Iyun 2024 | 11:15 | Müəllif: Subhan Mahmudov

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu şəxsi hüquqlarını pozduğu üçün sabiq müdafiə naziri, hazırda isə parlamentin Milli Müdafiə Komissiyasının sədri, millət vəkili Hulusi Akara 100 min lirə mənəvi təzminat ödəməyə məhkum edilib.

Bakıvaxtı.az xəbər verir ki, qərar Ankara Məhkəməsində keçirilən prosesdə qəbul edilib.

Kılıçdaroğlunun vəkili onun sözlərinin ifadə azadlığı çərçivəsində olduğunu və təhqir sayılmadığını bəyan edib.

Lakin hakim İbrahim Enes Çelik bununla razılaşmayıb.

Qeyd edək ki, siyasətçinin müvafiq çıxışı 10 yanvar 2023-cü ildə Türkiyə Böyük Millət Məclisində baş tutub./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026