• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Keçid balları DÜŞƏCƏK? - 1000 yer artırılıb, bu da...

CƏMİYYƏT

17 Yanvar 2025 | 12:25

Keçid balları DÜŞƏCƏK? - 1000 yer artırılıb, bu da...

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Buraxılış imtahanlarının vaxtı açıqlandıqdan sonra sosial mediada, eləcə də cəmiyyətdə buraxılış və blok imtahanlarının asan və ya çətin olacağı, keçid ballarının aşağı və ya yuxarı olacağına dair iddialar səsləndirilir. Bakıvaxtı.az olaraq iddialara cavab tapmaq məqsədilə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri ilə əlaqə saxladıq.

E.Nuri saytımıza açıqlamasında qeyd edib ki, indi ən çox iki məsələ ətrafında müzakirə aparılır:

“Buraxılış və ya blok imtahanları asan olacaq, yoxsa çətin? Bəzi ekspertlər bu imtahanların asan, bəziləri isə çətin olacağını düşünürlər. Amma nəyə əsaslanırlar, bunu bilmirik. İkinci məsələ keçid ballarının düşməsi və ya qalxması ilə bağlıdır. Yenə də bəziləri düşəcək deyir, bəziləri isə əksini iddia edir. Amma yenə də nəyə əsaslanırlar bilmirik. Ümumiyyətlə, indi keçid balları haqqında danışmaq tezdir və absurddur. Kimsə “TikTok”da “ballar düşəcək” və ya “ballar qalxacaq” deyirsə, inanmayın. Çünki keçid ballarının qalxıb, düşməsi proqnoz məsələsi deyil. Bu, abituriyentlərin göstəriciləri ilə əlaqədardır”.

Ekspert diqqətə çatdırıb ki, martın 2-9-u aralığında buraxılış imtahanları olarsa, biz burada ümumi mənzərəni müşahidə etsək, nəticələri bilsək, ona müvafiq olaraq, blok imtahanlarını da proqnozlaşdırmaq mümkündür:

“İxtisas seçimi məsələsindəki rəqabətliliyi də öncədən proqnozlaşdıra bilərik. Keçid balları haqqında ondan sonra iddia ortaya qoya bilərik. Gəlin, özümüzü aldatmayaq”.

Elmin Nuri: Keçid ballarının qalxıb-düşməsi proqnoz məsələsi deyil

E.Nuri də müəyyən proqnozlar verib:

“Düşünmürəm ki, builki buraxılış imtahanları ötənilkindən xeyli fərqlənsin. Bu o deməkdir ki, builki buraxılış imtahanlarının da ötənilki kimi asan olacağı gözlənilir, amma bu fakt deyil, proqnozdur. İkincisi, builki tələbə adını qazanacaq abituriyentlərin sayı 75 min olacaq. Bu, rəsmi şəkildə nazir müavini tərəfindən açıqlanıb. Bu da ötənilki ilə müqayisədə 1000 tələbə çox deməkdir. Ən azından cüzi də olsa, asanlaşma və ya yumşalmanın təcallasıdır”.

“Ən vacib olan budur ki, biz keçid ballarnın düşməsi və qalxmasında dəqiq bir söz deyə bilmərik, amma məncə, keçid ballarında enmədən söhbət gedə bilməz, amma qalxma da çox yüksək olmayacaq. Ötənilki kimi ciddi fərqlər gözlənilmir”, - deyə Elmin Nuri vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR