• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kinematoqrafçılar İttifaqından kütləvi istefalara MÜNASİBƏT

CƏMİYYƏT

26 Yanvar 2023 | 15:57

Kinematoqrafçılar İttifaqından kütləvi istefalara MÜNASİBƏT

“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildirilib.

Qeyd edilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

“Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”, - məlumatda vurğulanır.

Qeyd edək ki, bu səhər ARKİ-nin üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadimi istefa verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026