• Bakı 16° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Kişilərdə süd vəzi xərçəngi artır

CƏMİYYƏT

27 Oktyabr 2025 | 15:09

Kişilərdə süd vəzi xərçəngi artır

Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında həkim-onkoloq Nərmin Axundova "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı" adlı tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir:

"Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız gilənin batması, yaxud toxunduqda ağrı hiss etmələri səbəbindən gəlirdilər. İndi isə dəyişiklik hiss olunur və kişilər daha erkən vaxtlardan müayinələrə cəlb olunurlar"

Həkim-onkoloq həmçinin bildirib ki, hazırda hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.


SON XƏBƏRLƏR