• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kişinyov görüşü: Önəmli məsələ təkcə sülhlə bağlı olmayacaq

SİYASƏT

31 May 2023 | 10:25 | Müəllif: Qalib İbrahimoğlu

Kişinyov görüşü: Önəmli məsələ təkcə sülhlə bağlı olmayacaq

"Kişniyov görüşü Avropada əldə olunan danışıqlardakı irəliləyiş nöqteyi nəzərindən bir davam olaraq çox mühüm əhəmiyyət kəsb edir".

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əziz Əlibəyli Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.

Əziz Əlibəyli, siyasi şərhçi

Onun sözlərinə görə, Moskva görüşündən dərhal sonra Kişinyov görüşü imkan verəcək ki, əslində Moskvada Azərbaycanın əldə elədiyi uğuru Kişinyovda da yenidən masaya daşısın. Müsahibimiz hesab edir ki, burada önəmli məsələ təkcə sülhlə bağlı olmayacaq.

“Azərbaycan, ümumiyyətlə, gündəmə gətirməlidir ki, Qarabağdakı ermənilərlə bağlı Ermənistan da bir məsuliyyət daşısın, öhdəlik götürsün. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizə vurduğu zərərlər var. Ermənistan həmçinin separatizmi dəstəkləyirdi. Ortada həm də de-fakto bölgədə separatçılar, onlara silah daşınması var. Bu mənada Kişinyov görüşü ona görə vacibdir ki, dərhal Qarabağda anti-terror əməliyyatı başlatmaq üçün bir açar olacaq".

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026