Kiyev məhkəmələrinin birində terror aktı törətməkdə təqsirləndirilən şəxslər üç qumbara partladıblar.
Bakıvaxtı.az xəbər verir ki, müttəhim Kiyevin Şevçenko rayon məhkəməsində üç qumbara partladıb və müşayiətçini girov götürüb.
Təqsirləndirilən şəxs həbsdən qaçmağa cəhd edib. Partlayışı törədən şəxs 2015-ci ildə Rada binası altında terror aktı törətməkdə ittiham olunan İqor Qumenyukdur .
Şevçenko Məhkəməsi ərazisində yollar bağlanıb.
















