• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Dominikanda klubda ölənlərin sayı 231-ə ÇATDI

DÜNYA

15 Aprel 2025 | 09:26

Dominikanda klubda ölənlərin sayı 231-ə ÇATDI

San Dominqoda klubun damının uçması nəticəsində yaralanan 10 nəfər xəstəxanalarda ölüb. Beləliklə. ölənlərin sayı 231-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dominikan Respublikasının daxili işlər naziri Fəridə Raful bildirib.

"İndiyədək qəzanın 231 qurbanı təsdiqlənib. 221 nəfərin meyiti hadisə yerində tapılıb. Daha on nəfər isə xəstəxanalarda ölüb", - Raful deyib.

Bundan əvvəl 218 nəfərin öldüyü bildirilirdi.

Dominikan Respublikasının Fövqəladə İdarəetmə Mərkəzinin məlumatına görə, binanın dağıntıları altından 189 nəfər sağ çıxarılıb. Onlardan azı 155-i xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Santo Dominqoda “Jet Set” klubunun damı bir həftə əvvəl konsert zamanı uçub. Dominikan Prezidenti Luis Abinader aprelin 8-dən 13-dək matəm elan edib. Xilasetmə əməliyyatları başa çatıb, dağıntılar təmizlənir, bundan sonra fəlakətin səbəbləri ilə bağlı araşdırmalara başlanılacaq.


SON XƏBƏRLƏR