• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Kofelər insanlarda asılılıq yaradır

CƏMİYYƏT

12 Avqust 2022 | 19:22

Kofelər insanlarda asılılıq yaradır

Son zamanlar soyuq kofe insanların sevimlisinə çevrilib. Bəs hazır soyuq kofe, ya da enerji kofesi istehlakçı üçün nə dərəcədə ziyandır?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, insan orqanizminə kənardan heç bir şey heç nə etmir: “Bütün dərman və yeyintilər yalnız insan orqanizminin müəyyən fermentləri, hormonları aktivləşdirir. Enerji insanın özündən ayrılır, kənardan heç bir enerji gəlmir. Sadəcə olaraq onlar insanın ferment ifraz edən hormonlarına təsir edir və insan öz bədən enerjisindən əlavə kömək götürür. Kofelər də bunlar kimidir".

Onun sözlərinə görə, quru kofelərlə bağlı Azad İstehlakçılar Birliyinə illər boyu bir dəfə şikayət olub: "Həmin şikayət o idi ki, kofelərdən birinin ağzı açılmadan içərisinə çörək qırıntıları doldurulmuşdu. Falqanı açdıqda içərisindən çörək qırıntıları çıxmışdı. Mən onu firmaya göndərdim, lakin heç bir nəticə çıxmadı".

E.Hüseynov vurğulayıb ki, kofe həvəskarları onun məziyyətlərini, hansı ölkənin kofesinin necə olduğunu daha yaxşı bilirlər: “Lakin xüsusi olaraq bu işlə məşğul olmayan insanlar kofenin məziyyətlərini o qədər də dərindən bilmirlər. Mən özüm də kofebaz deyiləm, ancaq insanların dünyada içdiyi bir şeydir. Onu deyə bilərəm ki, kofelər insanlarda asılılıq yaradır. İstehlakçılar bu asılılıqdan uzaq olmalıdırlar. Bir şey orqanizmə asılılıq yaradırsa, deməli, orqanizmə ziyandır. Bunu, birmənalı şəkildə bilmək lazımdır".

Aytac Aslan


SON XƏBƏRLƏR